Azad Əsgərov

Azad Əsgərov
Əsgərov Azad Əsgər oğlu
Doğum tarixi: 20 avqust 1971 (44 yaş)
Doğum yeri: Sabirabad, Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti: azərbaycanlı
Fəaliyyəti: Peşəkar idmançı
Dünya çempionu
Məşqçi

Azad Əsgərov (20 avqust 1971-ci il) — Azərbaycanlı qaydasız döyüşçü və həmçinin güləşçidir. Qaydasız döyüş və güləş üzrə dünya çempionudur.[1][2][3]Azad Əsgərov 50 döyüş keçirmişdir. Döyüşıərdən 45-ni qazanmışdır. 3 dəfə məğlub olmuş, 2 dəfə heç-heç etmişdir.

Azad Əsgərov professional rinqdə əlliyə yaxın döyüş keçirmişdir, onlardan üçünü uduzmuşdur (onlardan ikisi alınmış zədələrə görə hesaba alınmışdır), iki dəfə heç-heçə ilə nəticələnən döyüş keçirmiş və 45 döyüşdə qalib gəlmişdir. Onun rəqibləri döyüş zamanı yalnız üç dəfə sona qədər gəlib çıxa bilmişlər. Qalanları isə döyüşün ilk dəqiqələrində məğlub olmuşdur.

O, uşaq ikən qardaşları kimi güclü olmaq arzusunda olmuşdur. Uşaq yaşlarından idmana olan məhəbbət Azadın həyatında çox böyük rol oynamışdır. O, 9 yaşında ikən futbol oynamağa başlamış, lakin 2 il keçdikdən sonra Azadın təkbətək döyüş növünə olan marağı onun əla futbolçu olmaq arzusuna üstün gəlmişdir. Düşünürük ki, bu zaman dünya ən yaxşı futbolçularından birini itirmiş, əvəzinə isə boksçu, güləşçi, karate ustası, başqa sözlə desək, Şərq təkbətək döyüş növləri üzrə ustasını qazanmışdır.

Bir il sonra Azad Yunan-Roma güləşi üzrə ərazi üzrə birinciliyi əldə etmişdir. Onun Azərbaycanda qazandığı müvəffəqiyyətlər öz məntiqi nəticəsini göstərmişdir. Azad 1987-ci ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuşdur. Onun maraq dairəsi yalnız güləşlə məhdudlaşmır, 80-ci illərin sonlarında milyonlarla öz həmyaşıdı kimi o vaxtlar bütün dünyanın rəğbətini qazanan Şərq təkbətək döyüş növlərinin fanatına çevrilmişdir.

İcbari hərbi xidmət illərində (1989-1991) Azad intensiv şəkildə karate idman növü ilə məşğul olmağa başlamışdır.

Hərbi xidmətdən sonra Azad idman məktəbində məşqçi kimi çalışmağa başlamışdır. 1992-1997-ci illər ərzində Azad professionallar arasında güləş üzrə 20-yə yaxın beynəlxalq turnirlərin və həmçinin müxtəlif növ Şərq təkbətək döyüş yarışlarının qalibi olmuşdur.

1999-cu ildən başlayaraq, Azad professional pankration idman növü ilə məşğul olmağa başlamışdır. İlk döyüşündə (Rusiya Federasiyası Pankration Federasiyasının reytinq döyüşü) Azad öz rəqibini bir dəqiqə otuz saniyə ərzində məğlub etmişdir. Bu minvalla Azad Əsgərov öz adının pankration idman növü üzrə dünya təkbətək döyüş növü tarixinə daxil olunmasına nail olmuşdur.

 

One comment to Azad Əsgərov

  • Darnesha  says:

    Hi Cory: Suspension training is a great tool. I’m sure you’ll like it a lot due to the variety of exercises and ability the change the difficulty very quickly. Compare this to some machines that can only do one thing or a barbell where you have to constantly load and unload weight for different users and you can quickly see why this is a great tooo.Chrislkanaganpeakperformance.com ‘always moving forward’

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>